Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.
Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 4-ü saat 17:00-a olan məlumatına əsasən, qərb küləyinin maksimal sürəti İsmayıllıda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Tərtər, Yardımlıda 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 metr/saniyəyədək güclənib. pizza
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək, Naxçıvan MR-da 7 dərəcəyədək, Aran rayonlarında 15 dərəcəyədək, dağlıq rayonlarda 3 dərəcəyədək isti olub.
Telegram kanalımız