Bakıda külək güclənib - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda külək güclənib - FAKTİKİ HAVA

Sosial

08 Avqust 2024 09:04 403


Avqustun 8-i saat 8:30-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. pizza mizza

Düşən yağıntının miqdarı Qaxda 21 mm, Gədəbəydə 12 mm, Şəkidə 9 mm, Daşkəsən, Göygöldə 6 mm, Tərtər, Gəncə, Ağdam, Şəmkir, Qrız, Şahdağ, Bərdə, Goranboy, Naftalanda 2 mm-dək olub.

Əvvəlcədən verildiyi kimi, şimal-qərb küləyi arabir narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Tərtərdə 20 m/s-dək güclənib.

Neft daşları stansıyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!