Bakıda Mərdanov qardaşları küçəsində güclü külək səbəbindən ağac qırılaraq avtomobillərin üzərinə düşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
"Sürücülərə tövsiyə edirik ki, bu cür küləkli hava şəraitində avtomobillərini park edərkən diqqətli olsunlar. İri gövdəli, yaşlı və aşmaya meyilli ağacların altında avtomobillərinizi park etməyin. Dominos pizza
Bir daha küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarından ehtiyatlı olmalarını xahiş edirik", - deyə Mais Ağayev bildirib.
Telegram kanalımız