Bakıda küləyin sürəti 34 m/s-yə çatdı   - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda küləyin sürəti 34 m/s-yə çatdı - FAKTİKİ HAVA

Sosial

05 May 2021 19:03 760


Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, saat 18:00-a olan məlumata əsasən Şərur, Şahbuz, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabran, Nabran, Sumqayıt, Bakı, Maştağa, Binə, Çilov adasında yağış,  Qrız, Şahdağ və Xınalıqda qar yağıb.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda 27, Neftçala, Biləsuvarda 20, Şəmkirdə 17, Bakıda 34, Maştağada 32, Qum adasında 28, Çilov adasında 26, Neft Daşları, Pirallahıda 25, Sumqayıtda 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.  Pepperoni pizza

Ölkə ərazisində müşahidə olunan güclü külək gecə tədricən zəifləyəcək. Mayın 6-sı gündüz havanın nisbətən sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!