Bakıda kütləvi dava olub

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kütləvi dava olub

Kriminal

01 Mart 2019 12:34 1101


Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində kütləvi dava olub.

Bir qrup gənc arasında düşən mübahisə sonda dava ilə nəticələnib. Dava zamanı 1999-cu il təvəllüdlü 3 nəfər - Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. pizza

Qeyd edək ki, həmin gənclər Memarlıq və İnşaat Universitetinin tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

“Baku.tv”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!