Bakıda maşından güllələnmiş kişi meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda maşından güllələnmiş kişi meyiti tapıldı

İdman

17 Dekabr 2024 10:01 579


Bakıda avtomobildən üzərində güllə xəsarətləri olan meyit tapılıb.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Goradil qəsəbəsi ərazisində dəniz sahilində baş verib.

Belə ki, Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Yalçın Xanış oğlu Cəfərovun “Honda” markalı avtomobilində üzərində güllə xəsarətləri olan meyiti tapılıb. Hadisə yerindən 1 ədəd nömrəsi silinmiş ov tüfəngi aşkar edilib. Dördpendirli pizza

İlkin araşdırmalardan sonra Y.Cəfərovun maşında özünü güllələyərək intihar etməsi bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!