Azərbaycan təhsilinə ağır itki üz verib. Bakıda məktəb direktoru dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi bununla bağlı məlumat yayıb.
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və kollektivi Bakı şəhəri 270 nömrəli tam orta məktəbin direktoru Əli İsgəndərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir”-deyə, məlumatda qeyd olunub. Marqarita pizza
Qeyd edək ki, mərhum 2006-2014-cü illərdə Bakı Şəhər Təhsil İdarəsində məsləhətçi vəzifəsində çalışıb. 2014- cü ildə Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qaranzadə adına 270 saylı tam orta məktəbə direktor təyin olunub.
64 yaşı vardı.
Telegram kanalımız