Bakıda məktəb direktoru vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məktəb direktoru vəfat etdi

Sosial

08 Avqust 2021 13:34 1400


Bakıda 193 nömrəli tam orta məktəbin direktoru Rəhim Hüseynov vəfat edib. "Report"un məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov özünün feysbukdakı hesabında yazıb.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və kollektivi paytaxtdakı 193 nömrəli tam orta məktəbin direktoru Rəhim Hüseynovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, - deyə Bəşarət Məmmədov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!