Bakıda mənzillər ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda mənzillər ucuzlaşdı

İqtisadiyyat

19 Avqust 2020 15:26 1191


Ötən ay ərzində Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb.

Yenisabah.az-ın məlumatına görə, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayı ərzində Bakıda təkrar mənzil bazarında qiymətlərdə ümumilikdə 2.22 faiz azalma olub.

Onun sözlərinə görə, bahalı mənzillərdə qiymətlər stabil qalıb, orta qiymətə olan mənzillərdə 1.1 faiz artım olub, ucuz qiymətə olan mənzillərdə isə 2.18 faiz azalma qeydə alınıb. pizza

Ekspert vurğulayıb ki, ilkin mənzil bazarında isə ümumilikdə 2.7 faiz azalma müşahidə olub. Onun sözlərinə görə, bahalı mənzillərin qiymətində 0.95 faiz, orta qiymətə olan mənzillərdə 4.45 faiz, ucuz mənzillərin qiymətində isə 8.12 faiz azalma baş verib.

N.İbrahimov vurğulayıb ki, mənzillərin qiymətinin ucuzlaşması mövsümi xarakter daşıyır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!