Bakıda “Mercedes”i “moyka”dan qaçırdılar 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Mercedes”i “moyka”dan qaçırdılar 

Hadisə

24 May 2024 14:34 758


Bakıda avtomobillər qaçırılıb. 

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, mayın 22-də gecə saatlarında Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə rayon ərazisində tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Tərlan Babayev saxlanılıb. Dördpendirli pizza

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!