Bakıda narkotacirin evindən silah tapıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkotacirin evindən silah tapıldı - Fotolar

Kriminal

26 Yanvar 2021 14:14 684


Bakıda narkotacirdən odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Zabrat qəsəbəsində yaşayan Azad Mirzəyevin evinə baxış zamanı oradan 28 qrama yaxın heroin, 20 qramdan artıq metamfetamin, 4 qrama yaxın tiryək, 1 ədəd “Mauzer” markalı tapança və 1 ədəd “AK-47” markalı təlim silahı patron darağı ilə birgə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!