Bakıda NATO-nun hərbi təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda NATO-nun hərbi təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirildi - Fotolar

Siyasət

18 Noyabr 2021 18:10 744


Azərbaycan Ordusunun hərbi təhsil sisteminin təlim-tədris sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına müvafiq olaraq müdafiə təhsilinin genişləndirilməsi proqramı çərçivəsində (DEEP) NATO-nun ekspert qrupu ilə Bakıda işçi görüşü keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və Alyansın hərbi təhsil mütəxəssisləri arasında keçirilən görüşdə Azərbaycan Ordusunda 2021-ci il ərzində hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlər müzakirə edilib. Həmçinin növbəti il üçün tədbirlərin planlaşdırılması və icrası məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, yeni perspektivlər nəzərdən keçirilib, əməkdaşlıq planları təhlil edilib. Pepperoni pizza

Sonra qonaqlar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar. Burada hərbi təhsil sisteminin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, hərbi təhsilin metodologiyası üzrə bir sıra məsələlər müzakirə edilib, bu sahədə qazanılmış təcrübə üzrə qarşılıqlı brifinqlər təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!