Bakıda növbəti “Kənddən Şəhərə” Həftəsonu yarmarkası təşkil olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda növbəti “Kənddən Şəhərə” Həftəsonu yarmarkası təşkil olunacaq

İqtisadiyyat

18 İyun 2026 10:59 179


İyunun 20-21-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, ölkənin müxtəlif bölgələrindən 20-ə yaxın regiondan 40-a yaxın fermer yarmarkada iştirak edəcək.

Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər. Dördpendirli pizza

Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Hər hansı sualı olan alıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə analiz etdirə biləcəklər.

Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!