Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi

Kriminal

26 Yanvar 2026 10:20 2595


Bakıda oğul anasını öldürüb. “Yeni Sabah” xəbər verir ki, bu barədə Trend-ə faciə baş verən ailənin yaxınları məlumat verib.

Məlumatda bildirilir ki, 2026-cı il yanvarın 24-ü saat 11 radələrində Maştağa südçülük sovxozunda Ağayev Emil Xanlar oğlu anası 67 yaşlı Ağayeva Həyat Nəzər qızını amansızlıqla qətlə yetirib.

Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O, hətta bir müddət aidiyyatı dispanserdə bu asılılığa görə müalicə də alıb. Mərhumun yaxınlarının fikrincə Emin Ağayev hadisəni əvvəlcədən planlayıb. Çünki həmin gecə Emin Ağayev yoldaşı ilə birgə qayınanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib. Dördpendirli pizza

Baş Prokurorluqdan  bildirilib ki, şübhəli Emil Ağayev saxlanılıb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!