Bakıda oğul anasını döydü, məhkəmədə bağışlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda oğul anasını döydü, məhkəmədə bağışlandı

Kriminal

18 Sentyabr 2025 13:49 274


Bakıda 22 yaşlı oğlan anasını döyüb.

Yenisabah.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Qəsəbə ərazisində nömrəsiz evdə yaşayan 2003-cü il təvəllüdlü Cavid Budaqov (ad və soyad şərtidir) anası ilə mübahisə edib. Mübahisə nəticəsində o, anasının saçından tutaraq yerə yıxıb, baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib. pizza sifarişi

Müxtəlif bədən xəsarətləri alan qadın polisə müraciət edib. Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə qadın övladını bağışlayıb və ona dəymiş ziyanın ödənildiyini bildirib.

Məhkəmənin qərarı ilə C.Budaqov cinayət məsuliyyətindən azad edilib və işə xitam verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!