Bakıda özünü öldürən gəncin sensasion intihar səbəbi – “R” hərfi deyə bilmirdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda özünü öldürən gəncin sensasion intihar səbəbi – “R” hərfi deyə bilmirdi

Kriminal

09 Yanvar 2020 13:57 16449


Bu gün səhər saatlarında Bakıda intihar hadisəsi baş verib. 

Yenisabah.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Səxavət Paşazadə yaşadığı evin qarşısında özünü asıb. Bu barədə məlumat yayan dostu Tacəddin Qara intiharın səbəbini də açıqlayıb. 

Dostunun sözlərinə görə, Səxavət Paşazadə iş tapa bilmədiyinə görə intihar edib. “16 illik dostum bu gün səhər saatlarında həyətlərində özünü asaraq intihar edib. Özünü asmasının səbəbi isə bir ilə yaxındır ki, iş tapa bilməməsidir. Boylu-buxunlu biri sadəcə “r” hərfini deyə bilmədiyinə görə il ərzində CV göndərdiyi, müraciət etdiyi dövlət və özəl qurumlar onu işə götürmürdü. Marqarita pizza

Heç bir problemi, borcu olmayan insan işsizlikdən bezib. “Hamı nitqində problemin var” deyib işə qəbul etmirdi. Bu nə dərəcədə düzgündür axı ay iş adamları, ay “Azpetrol”, ay cənab nazir?! Əsgərliyə aparanda problem olmur, amma MAXE düzələndə “məruzə edə bilməzsən” deyib işə götürmürlər. Nəticədə 23 yaşlı boylu-buxunlu bir insan ondan 2 manat yol pulu, bundan 2 manat siqaret pulu almaqdan bezib”, - deyə mərhumun dostu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!