Azərbaycanda, xüsusilə də Bakıda avtomobil sıxlığı, tıxaclar, ictimai nəqliyyat kimi mövzularla yanaşı, əhalinin narazı qaldığı məsələlərdən biri də maşın saxlamaq üçün pulsuz parkinq yerlərinin olduqca az, parkinq qiymətlərinin isə yüksək olması ilə bağlıdır. Xüsusilə də iri ticarət mərkəzlərində, “Mall”-lardakı parkinq qiymətləri çox yüksəkdir.
“Yeni Sabah” xəbər verir ki, “AzPolitika”-nın Belarus paytaxtı Minskdə olan əməkdaşı bu şəhərdəki parkinq şəraiti və qiymətləri ilə Bakıdakı durumu müqayisə edib. Məlum olub ki, Minskdə, hətta mərkəzdəki ən iri və populyar ticarət mərkəzlərində, “Mall”-larda belə ilk iki saat ərzində parkinq xidməti PULSUZDUR! Üçüncü saata və növbəti hər saata görə ödəniş isə bizim pulla təxminən 1 manatdır. Bəzi mərkəzi “Mall”-larda ilk pulsuz 2 saatdan sonra hər növbəti 4 saat üçün ödəniş təxminən 2.5 manatdır.
Müqayisə üçün qeyd edək ki, Bakıdakı “Mall”-larda yalnız ilk 15 dəqiqə üçün parkinq pulsuzdur. Bu müddətdə isə alış-verişi bitirmək mümkünsüzdür. İlk 1 saata görə ödəniş 2 manatdan başlayır, 1-2 saat: 3 AZN, 2-3 saat: 6 AZN, 3-5 saat: 8 AZN və sair. Dördpendirli pizza
Yeri gəlmişkən qeyd edək ki, Bakıdakı “Mall”-ların parkinqləri Minskdəki analoji məkanlardan heç bir üstünlüyü ilə seçilmirlər. O da məlum məsələdir ki, istənilən “Mall”-da alış-veriş edənlərin böyük hissəsi üçün 2 saatlıq müddət məqbul, kifayət edəcək qədər vaxtdır. Lakin Minskdə bu müddətdə alış-verişə görə parkinq pulsuz olduğu halda, Azərbaycanda bu xidmət 2 manatdan başlayır…
Lakin parkinq mövzusunda Azərbaycan və Belarus paytaxtları arasındakı əsas fərq bu da deyil. Minskin tam mərkəzindəki bəzi küçələr istisna olmaqla, pullu parklanma nöqtələrinə olduqca nadir hallarda rast gələ bilərsiniz. Küçələrin, yolların böyük hissəsində parklanma pulsuzdur. Yəni, onların “AYNA-sı” bizmki kimi az qala hər məhəllədə bir pullu parkinq nöqtəsi quraşdırmayıb. Üstəlik, pullu parklanma yerlərində də ödəniş yalnız saat 09.00-dan, 18.00-a qədər olan vaxta aiddir. Günün qalana saatlarında parkinq PULSUZDUR!
Bununla yanaşı, Bakı ilə təxminən eyni sayda əhaliyə malik Belarus paytaxtında saatlarla davam edən böyük tıxaclara, sıxlığa, qarışıq yol infrastrukturuna, əcaib yol xətlənməsinə və s. rast gəlməzsiniz, yolların keyfiyyəti də lazım gəldi-gəlmədi “qaşınıb yenidən çəkilən” Bakı yollarından heç də geri qalmır. İctimai nəqliyyat və metro kifayət qədər dəqiq işləyir, pik saatlarında da Bakıdakı acınacaqlı vəziyyətə rast gəlinmir. Sürücülərin, sərnişinlərin yol və növbə mədəniyyəti də öz yerində…
Parkinq qiymətlərinin əhalinin gəlirlərinə uyğunluğuna gəldikdə, qeyd edək ki, bu sarıdan ölkələrimiz xeyli fərqlənir. Belarusda əhalinin rəsmi gəlirləri daha artıq olduğu halda, parkinq qiymətləri daha ucuzdur.
Məsələn, Azərbaycanda orta aylıq əmək haqqı 1050 manata yaxındırsa, Belarusda bu göstərici 1100 ABŞ dolları, yəni, təxminən 1870 manatdır. Minimum əmək haqqı Azərbaycanda 400 manatdırsa, Belarusda 315 ABŞ dolları, yəni, təxminən 535 manatdır…
Bu halda niyə Bakıda maşın saxlamaq Minskdəkindən bahadır?
Telegram kanalımız