Bakıda polis əməkdaşı qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polis əməkdaşı qəzaya düşdü

Hadisə

21 Oktyabr 2021 10:06 713


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə gecə saat 00:40 radələrində, paytaxtın Binəqədi rayonu, İlqar Cümşüdov küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidən 9-cu mikrorayon istiqamətində hərəkət edən "Chevrolet Cruze" markalı avtomobil işıqforun qırmızı işığında keçərək əks yola daxil olub. Dördpendirli pizza

Nəticədə "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi Çevik Polis Alayının əməkdaşı tərəfindən idarə olunan "Mercedes" markalı avtomobil və "Toyota Prius" markalı avtomobillərlə toqquşub.

Zərbənin təsirindən "Mercedes"in sükanı arxasında olan polis əməkdaşı çətinliklə avtomobildən çıxarılaraq əraziyə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. "Toyota Prius"da olan sürücü və sərnişinlər də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!