Bakıda polis maşını qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polis maşını qəzaya düşdü

Hadisə

23 Avqust 2021 13:45 2069


Bakıda polis serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.

Yenisabah.az-ın məlumatına görə, hadisə dünən saat 00:10 radələrində, Biləcəri qəsəbəsi, Füzuli küçəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Ramiz Rafiq oğlu Ələkbərov idarə etdiyi “Toyota” markalı 10 TX 389 nömrəli avtomobillə Rayon Mühafizə İdarəsinin (RMİ) polis serjantı, 1987-ci il təvəllüdlü Bəhruz Rəcəb oğlu Cəfərovun idarə etdiyi “Volkswagen” markalı 99 AP 148 n-nömrəli avtomobili vurub. pizza sifarişi

Qəza nəticəsində “Volkswagen” markalı avtomobilin ön hissəsi əzilib, xəsarət alan olmayıb.

Hazırda hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!