Bakıda polis məscidləri nəzarətə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polis məscidləri nəzarətə götürdü

Maraqlı

19 Avqust 2021 09:15 1146


Azərbaycanda Aşura günü qeyd olunur.

Yenisabah.az xəbər verir ki, modern.az-ın məlumatına görə, bu gün səhər saatlarından etibarən dini inanclı şəxslər Aşura ilə əlaqədar məscidlərə axın etməyə başlayıblar.

Bakıdakı dini ibadət ocaqlarında pandemiya qaydalarına nəzarət etmək və vətəndaşların təhlükəsizliyini qorumaq məqsədilə polis əməkdaşları cəlb olunub.  Pepperoni pizza

Qeyd edək ki, Məhərrəmlik ayı dünyada davam edən koronavirus bəlası ilə əlaqədar məhdudiyyətlər şəraitində keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə ediblər ki, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!