Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi

Kriminal

09 Avqust 2020 08:14 2535


Bakıda polisə soyuq silahla xəsarət yetirilib.

Hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb.

Ayağından güllə yarası alan 1994-cü il təvəllüdlü Elşad Əsədov və hüquq mühafizə orqanın əməkdaşı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. pizza sifarişi

Hazırda hər iki şəxs həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!