Paytaxt Bakıda Azərbaycan Psixiatriya və Sinir Elmləri Konqresi başlayıb.
Yenisabah.az xəbər verir ki, konqres öz işinə 6 dekabrda start verib. 3 gün davam edəcək konqres ölkənin psixiatriya və nevrologiya sahəsindəki ən mühüm elmi tədbirlərindən biri olaraq, yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirib. Konqres, psixiatriya, nevrologiya və psixologiya sahələrində ən son elmi tədqiqatları və müalicə metodlarını müzakirə etmək məqsədini güdür.
Konqresdə, həmçinin psixiatriya sahəsindəki müasir terapiya üsulları, eləcə də nevroloji xəstəliklərin daha effektiv müalicəsi və reabilitasiya prosesləri ilə bağlı müzakirələr aparıldı. Bəzi mütəxəssislər psixoterapevtik və farmakoterapevtik yanaşmaların birləşdirilməsinin müsbət nəticələr verə biləcəyini vurğulayıb. Marqarita pizza
Qeyd edək ki, sözügedən tədbirdə müxtəlif ölkələrdən gələn tanınmış psixiatr və nevroloqlar, Moodist Özəl Klinikasının peşəkar mütəxəssisləri, Türkiyədən dəvət olunan araşdırmaçılar iştirak edir.
Aytac Şahin
Telegram kanalımız