Bakıda qadın sürücü qəzada xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadın sürücü qəzada xəsarət aldı

Hadisə

12 Aprel 2020 23:51 825


Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

Yenisabah.az xəbər verir ki, hadisə Nərimanov rayonunda, Ceyhun Hacıbəyli və Hənifə Ələsgərov küçələrinin kəsişməsində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Əliyeva Zülfiyyə Rafiq qızı idarə etdiyi “Range Rover” markalı, “99-PB-039 dövlət qeydiyyat nişanlı avtomobillə C.Hacıbəyli küçəsində hərəkətdə olarkən H.Ələsgərov küçəsi ilə hərəkət edən 2000-ci il təvəllüdlü Möhsümzadə Vaqif Allahverdi oğlunun idarə etdiyi “Honda” markalı, “90-TE-812 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. “Range Rover” bundan sonra zərbənin təsirindən ağaca çırpılıb. Hadisə nəticəsində Z.Əliyeva xəsarət alıb. pizza

Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

“Honda” markalı avtomobilin sürücüsü V.Möhsümzadənin sözlərinə görə, hadisəyə “Range Rover”in sürücüsünün qadağan olunmuş istiqamətdə hərəkət etməsi səbəb olub.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!