Bakıda qadını şantaj edən şəxs saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadını şantaj edən şəxs saxlanılıb

Kriminal

03 Noyabr 2020 13:16 937


Bakıda qadını şantaş edərək 10 min manat tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənYenisabah.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın noyabrın 2-də bir nəfərin video görüntülərini yayacağı ilə hədələyib ondan 10 min manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsin Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş A.Rəsulov olması müəyyən edilib və görülən tədbirlərlə o saxlanılıb. pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!