Bakıda qadını vurub qaçan sürücü tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadını vurub qaçan sürücü tutuldu

Hadisə

17 İyul 2023 12:35 1046


Bakıda qadını avtomobillə vurub qaçan sürücü tutulub. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, iyulun 15-də saat 22 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini G.Həsənovanın avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi məlum olub və həmin avtomobilin sürücüsü, paytaxt sakini İsmayıl Mirzəyev müəyyən olunaraq saxlanılıb. Pepperoni pizza

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!