Sabunçu rayonunda qardaşlar arasında mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. 1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib. Nəticədə o, 3 bıçaq xəsarəti alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanada cərrahi əməliyyat edilib. Hər iki qolun və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan K.Aşurovun vəziyyəti kafi qiymətləndirilir. pizza hut
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. /APA
Telegram kanalımız