Bakıda qardaş qardaşı qətlə yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qardaş qardaşı qətlə yetirdi

Kriminal

22 İyun 2020 09:58 1003


Bakıda qətl hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə iyunun 21-i gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teymur Ramazanov mübahisə zəminində qardaşı, 1968-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teyyub Ramazanovu bıçaqlayaraq qətlə yetirib. Sezar pizza

Hadisədən sonra Teymur Ramazanov saxlanılıb.

Suraxanı rayon prokurorluğundan "Report"a bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!