Bakıda qaynata oğlunu və gəlinini baltaladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qaynata oğlunu və gəlinini baltaladı

Kriminal

05 Dekabr 2020 15:52 1970


Bakıda qaynata oğluna və gəlininə balta ilə xəsarət yetirib.

Yenisabah.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Mehdi İsmayılov oğlu, 1987-ci il təvəllüdlü Rəşad İsmayılova baş nahiyəsindən, gəlini, 1985-ci il təvəllüdlü Cəmilə Babayevaya isə bədən nahiyəsindən balta ilə xəsarət yetirib. Pepperoni pizza

Bundan sonra qaynata özünə də balta ilə xəsarət yetirib.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Baş nahiyəsindən ağır xəsarət alan Rəşad İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!