Bakıda küçədən keçən gənclər yumruq atıb qaz sayğacını sındırıblar.
Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova ünvanına aid qaz sayğacına səbəbsiz yerə, qəsdən zərər verən şəxslər təhlükəsizlik kameralarında aydın şəkildə görüntüləniblər. pizza sifarişi
Gənclər o küçədən keçərkən onlardan biri qaz sayğacına yumruqla zərbə vurub. Nəticədə qaz sayğacının üst qutusu sınıb və sayğacda da nasazlıq yaranıb.
Artıq polis bununla bağlı araşdırmaya başlayıb.
Telegram kanalımız