Bakıda qaz sayğaclarını oğurlayıb metal qəbulu məntəqələrinə satan şəxs saxlanıb.
Yenisabah.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Bir neçə nəfər polisə məlumat verib ki, mənzillərinin qaz sayğacı naməlum şəraitdə oğurlanıb. 27-ci polis bölməsinin əməkdaşları əməliyyatla sayğacları oğurlamaqda şübhəli bilinən Fariz Abıyevi saxlayıb. Saxlanılan şəxs törətdiyi əməlini etiraf edir. Marqarita pizza
27-ci polis bölməsindən verilən məlumata görə, Fariz Abıyev 20-ə yaxın mənzilin sayğaclarını oğurlayıb və dəyərindən ucuz qiymətə satıb.
Faktla bağlı bölmədə araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Telegram kanalımız