Bakıda qazilər yolu bağladı - DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qazilər yolu bağladı - DİN-dən açıqlama

Hadisə

26 Oktyabr 2021 12:36 1872


Bakıda bir qrup qazi yolu bağlamağa cəhd göstərib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, bir qrup qazi hərəkətin qarşısını almağa cəhd edib. Toyuqlu pizza

Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyatyanı torpaq sahəsi ilə bağlı mübahisədir:

“Ərazidə xidmət aparan naryad qruplarımız tərəfindən dərhal hadisəyə müdaxilə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Yolda hərəkət bərpa olunub”.

DİN rəsmisinin sözlərinə görə, hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır: “Aidiyyəti qurumlar məlumatlandırılıb”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!