Bakıda qətlə yetirdi, Qusara aparıb göl kənarına atdı   - TƏFƏRRÜATLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qətlə yetirdi, Qusara aparıb göl kənarına atdı - TƏFƏRRÜATLAR

Kriminal

26 Sentyabr 2026 16:29 169


Bakıda Masallı sakini qətlə yetirilib.

"Yeni Sabah" xəbər verir ki, Bakıda qətlə yetirilən, əslən Masallı rayonunun Göyəçöl kəndindən olan 50 yaşlı Səadət Həsənovanın qarət məqsədilə öldürüldüyü bildirilir. Bu barədə mərhumun qardaşı Rasim Babayev məlumat verib.

Onun sözlərinə görə, Səadət Həsənova qətlə yetirilərkən üzərində olan bəzi qızıl-zinət əşyalarının sonradan yoxa çıxması hadisənin qarət məqsədilə törədildiyini deməyə əsas verir. pizza sifarişi

Hadisəni törətməkdə şübhəli bilinən Qusar rayonunun Əvəncuq kənd sakini Kamran Seyidov artıq şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Məlumata görə, Kamran Seyidov Səadət Həsənovanı qətlə yetirdikdən sonra onun meyitini avtomobilə qoyaraq Qusar rayonunda meşəlik ərazidə, göl kənarına apararaq atıb.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!