Bakıda qeyri-adi oğurluq: Əvvəl pulları götürdü, sonra dolma yedi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qeyri-adi oğurluq: Əvvəl pulları götürdü, sonra dolma yedi

Kriminal

12 İyun 2021 09:55 1435


Bakıda qəribə oğurluq hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Ləman Əliəşrəfqızı Feysbuk sosial şəbəkəsində paylaşım edib.

Jurnalist oğurluq edib qaçan şəxsin müşahidə kamerasına düşdüyünü də bildirib. pizza

O, belə bi hadisənin qonşusu Elmira adlı yaşlı qadının başına gəldiyini yazıb:

"Oğurluq edən şəxs Elmira nənənin bankomatdan pul çəkdiyini görüb. Yaxınlaşıb ona, əlindəki zənbilə kömək etmək təklifini edib. Elmira nənə də kimsəsiz qadındır, övladı yoxdur, tək yaşayır, bəlkə də həm də bu səbəbdən onunla evə qədər birlikdə gəlib. Yolda oğlan deyib ki, kirayə qalır, işsizdir, hətta səhər içdiyi yarım stəkan çayın üstündədir. Elmira nənə onu evinə dəvət edib, dolma qızdırıb, salat hazırlayıb. O, mətbəxdə bu işləri görəndə, "igid" də Elmira nənənin əl çantasında səliqə-səhman işləri görüb. Arvadın 300 manat pulunu qoyub cibinə, sonra da yarpaq dolması ilə salatdan nuş edib çıxıb aradan".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!