“Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin təşkilatçılığı ilə Avropa Azərbaycan Məktəbində “Qəlbin sözü" adlı jest dilində poeziya gecəsi keçirildi.
Jest dilində Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbiri “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin rəhbəri Nazilə Məhərrəmova açaraq indiyə kimi əlilliyi olan uşaqların inteqrasiyası, cəmiyyətdə inklüzivliyin inkişafı məqsədilə həyata keçirdikləri sosial layihələr haqqında məlumat verdi. Bu dəfə görkəmli şairlər İlqar Fəhmi və İlqar Kamil yaradıcılığına müraciət etdikləri bu layihədə indiyə kimi bir çox tanınmış şairlərlə işarət dilində keçirilən poeziya görüşlərindən danışdı. Əlilliyi olan uşaqlara həsr olunan “Fərqli fərdlər" himni səsləndikdən sonra inklüziv təhsil üzrə mütəxəssis Zivər Xanlarova çıxış edərək “inklüzivlik" sözü bizim üçün yeni olsa da onun əsl mahiyyətinin milli-mənəvi dəyərlərimizlə yaşayan xalqımız üçün yeni olmadığını qeyd etdi.
Tədbirdə millət vəkili Ceyhun Məmmədov da cıxış edərək belə tədbirlərin keçirilməsinin əlilliyi olan insanlara diqqət və qayğı göstərilməsi baxımından əhəmiyyəti olduğundan, bütövlükdə insanlığın qəlbiylə görüb, qəlbiylə duyması gərikdiyini vurğuladı: “Quranda Əraf surəsində buyrulur, onların qəlbləri vardır, lakin onunla düşünmürlər, gözləri vardır, lakin onunla görmürlər. Önəmli olan qəlbimizlə duyub, qəlbimizlə görməkdi”. pizza sifarişi
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək belə tədbirlərin cəmiyyət üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Avropa Azərbaycan məktəbinin dəstəyi ilə baş turan tədbirdə əməkdar artist Gülzar Qurbanova, rejissor və aktyor Əbdülqəni Əliyev, aparıcılar İslam Qədirli, Pərvanə Nadirqızı, rəssam modelyer Nəzrin Nəcəfova, natiqlik təlimçisi Cəlalə Nəzəroğlu, “NAC" intellektual platformanın rəhbəri Nigar Babayeva, bədii qiraətçilər Rəşad Mikayılzadə və Anar Atakişi səhnədə eşitmə məhdudiyyətli gənclərlə birlikdə şeirləri tamaşaçılara təqdim etdilər.
Tədbirin musiqili qonaqları xalq artisti Mələkxanım Eyyubova, sevilən gənc müğənnilər Nərmin Kərimbəyova, Mərdan Kazımovun ifaları jest dilində təqdim olundu.
Görmə məhdudiyyətli Prezident mükafatcısı Rəvanə Ağamirovanın ifası, Əli Cəfərov və Niyazi adına musiqi məktəbinin şagirdi, autizmli Ayxan Quluzadənin şeirlər səslənərkən pianoda canlı müşayiəti tədbirə rəng qatdı.
Tədbirdə diqqət çəkən məqamlardan biri də uşaqlar arasında inklüzivliyin olması idi. Belə ki, Avropa Azərbaycan məktəbinin şagirdləri Zeynəb Allahverdiyeva, İradə Həsənli, Bülbül adına orta ixtisas məktəbinin şagirdləri Arzu Ağamuradova, Ziya Əlişov, şəhid, leytenant Teymur Abbaslının övladları Siruz və Firuz Abbaslıllar əlilliyi olan dostları ilə səhnəni paylaşdılar.
Daha bir məqam isə eşitmə məhdudiyyətli rəssam Fuad Musayevin işarət dilində göstərdiyi şeiri anası Aynur Musayeva ilə birlikdə təqdim etməsi idi.
Poeziya gecəsində “Ümid var”ın jest dili üzrə layihələrinim rəhbəri Nuranə Abıyevanın dəstəyi ilə eşitmə məhdudiyyətli istedadlı gənclər Lalə Həsənova, Nərmin Hümbətzadə, Şəhla Nağıyeva, Şəbnəm Əhmədova, Əzim Əhmədov, Aytac Quliyeva, Əli İsgəndərli, Amin Novruzov, Munir Neftəliyev şeirləri jest dilində təqdim etdilər.
Tədbirdə eşitmə məhdudiyyətli şəxslər adından “Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov cıxış edərək belə tədbirlərin onlar ücün böyük əhəmiyyət kəsb etdiyindən danışdı.
Sonda şairlər İlqar Fəhmi və İlqar Kamil danışaraq öz xoş təəssüratlarını bildirdilər.
Telegram kanalımız