Bakıda QƏZA:   Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda QƏZA: Ölənlər var

Hadisə

21 May 2021 13:52 1182


Bakıda yol-nəqliyyat hadisələri olub.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 20-də saat 13 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini X.Eyyubov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Ramiz Qəhrəmanovu vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada mayın 21-də orada ölüb. Sezar pizza

Bundan başqa, mayın 20-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Q.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini İntiqam Rəsulovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami və Sabunçu Rayon Polis İdarələri tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!