Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Yenisabah.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər - 1960-cı il təvəllüdlü Çiçək Əzizova və 1962-ci təvəllüdlü Valya Hüseynova xəsarət alıblar. Dominos pizza
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların hər ikisinə sağ qolun sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır./Report
Telegram kanalımız