Bakıda restoranda toy məclisi keçirənlər aşkarlandı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda restoranda toy məclisi keçirənlər aşkarlandı - Video

Kriminal

07 Fevral 2021 12:56 813


Bakıda polis əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yenisabah.az-ın məlumata görə, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi ərazisində yerləşən restoranların birində xüsusi karantin rejim qaydalarını pozaraq toy məclisi keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb. Sezar pizza

Məclisdə iştirak edən 70-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb.

DİN-in Mətbuat xidməti "Report"a faktı təsdiqləyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!