Bakıda şadlıq sarayında qanlı dava - 3 nəfər bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda şadlıq sarayında qanlı dava - 3 nəfər bıçaqlandı

Hadisə

02 Noyabr 2019 10:16 943


Bakıda bıçaqlanma gadisəsi olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 1-də saat 22 radələrində 3 nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilib. Sezar pizza

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov qısa müddətdə müəyyən edilərək 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!