Bakıda Şaxta Baba qiymətləri 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Şaxta Baba qiymətləri 

Sosial

30 Dekabr 2023 11:57 1464


Bakıda Yeni il şənlikləri ilə əlaqədar mənzillərinizə şaxta baba və qar qız da çağıra bilərsiniz. Bir sıra şirkətlər məhz bu xidmətlə məşğuldur. Bəzi şəxslər uşaqlarını, nəvələrini sevindirmək məqsədilə məhz bu xidmətlərdən yararlanaraq Yeni il gecəsi evlərinə Şaxta baba sifariş edirlər.

Bəs görəsən evdə uşaqlarınızı sevindirmək üçün şaxta baba və qar qıza nə qədər pul xərcləməlisiniz?

Yenisabah.az sözügedən personajları bayram axşamı və bayram günlərində evinizdə bir saatlıq görmək üçün nə qədər pul xərcləməli olduğunuzu araşdırıb. pizza hut

Kloun və müxtəlif personajlar təklif edən şirkətin əməkdaşı bu xidmətin qiymətinin müxtəlif olduğunu söyləyib:

“Qiymətlər fərqlidir. Bu, günündən və gedəcəyimiz məkandan asılı olaraq dəyişir. Məsələn, 31 dekabr günü saat 22:00-dan sonra bir saat üçün qiymət 100 manatdır. Bu qiymətə təkcə şaxta baba daxildir. Əgər gedəcəyimiz ünvan şəhərdə, mərkəzə yaxındırsa, qiymət 100 manatdır. Lakin uzaq ərazilərə getsək, qiymətlər 150 manatdan başlayır”.

Müxtəlif elan saytlarında da bu xidməti təklif edən ayrı-ayrı şəxslər var. Onların arasında xidmət 40-50-60 manata təklif edilir.  

Paytaxtda həmçinin Şaxta baba və Qar qız kostyumlarının da satışı var. Animator geyimləri və şou kostyumlarının hazırlanması ilə məşğul olan şirkət deyir ki, qiymətlər istəkdən asılı olaraq dəyişir:

“İstənilən növ personajların geyimlərini sifarişlə hazırlaya bilirik. Şən Klounlar, nağıl və cizgi film qəhrəmanları, milli geyimlər, Halloven və digər növ parti geyimlərinin sifarişini götürürük.  Yeni il qabağı fərqli formalarda Şaxta Baba, Qar Qız, qar adamı, Santa Klaus və başqa Yeni İl obrazlarının libaslarının sifarişini də götürürük. Qiymətlər müxtəlifdir, istəkdən asılı olaraq  59-399 manat aralığında geyimlər tikilir. Kostyumların hazırlanma müddəti həcmindən asılı olaraq 7-21 gün arasında olur”.

Bundan əlavə, Şaxta baba geyimlərinin kirayəsi ilə də məşğul olan şəxslər var. Bu geyimlərin bir günlük kirayə qiyməti 40-80 manat aralığındadır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!