Bakıda sərnişin avtobusu yanıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sərnişin avtobusu yanıb

Kriminal

15 Sentyabr 2020 08:54 1400


Bu gün səhər saat 06:10 radələrində avtobus yanıb.

Bakı Nəqliyyat Agentliyindən “Yeni Sabah”a verilən məlumata görə, Bakıda 88 A nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 038 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib. Belə ki, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib. Avtobus boş olub və xəsarət alan olmayıb. Dominos pizza

Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Mütəxəssislərin fikrincə, son 15 gündə BakuBus-un sayca ikinci avtobusunda yanğın hadisəsinin olması avtobusların iki aydan artıqdır ki, fasiləsiz istismarı ilə əlaqədardır. Onların sözlərinə görə metronun işləmədiyi 72 gün ərzində BakuBus MMC-nin depolarındakı avtobuslar tam sayda daşımalara cəlb olunub. Yəni qarajlarda ehtiyyat avtobus saxlanılmırdı çünki yüksək sərnişin tələbatını qarşılamaq lazım idi. Bu isə öz növbəsində avtobusların dövrü təmir işlərinin icrasına təsir edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!