Bakıda şirkətin anbarından 32 800 manatlıq oğurluq oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda şirkətin anbarından 32 800 manatlıq oğurluq oldu

Hadisə

15 Fevral 2023 12:10 713


Bakıda şirkətin anbarından 32 800 manatlıq oğurluq olub. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin anbarından 32 800 manat dəyərində əlvan metalların qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.  pizza mizza

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini Arzuman Əhmədov, Şəki rayon sakini Hilal Əhmədov, Bakı şəhər sakinləri Elvin Əsgərov və Rövşən İbrahimov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!