Bakıda şok: İki oğlan azyaşlı qıza təcavüz etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda şok: İki oğlan azyaşlı qıza təcavüz etdi

Kriminal

01 Fevral 2020 15:34 3882


Bakıda iki oğlan yetkinlik yaşına çatmayan qıza təcavüz edib.

"Yeni Sabah" xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda baş verib.

Məlumata görə, Rüfət Cabbarov və Kənan Muradov rayon ərazisində Səidə Səmədovaya (ad və soyad şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər ediblər. Marqarita pizza

Səidə Səmədovanın ailə üzvləri tərəfindən polisə edilən şikayət nəticəsində Rüfət Cabbarov və Kənan Muradov həbs olunublar.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Rüfət Cabbarov və Kənan Muradovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Ülviyyə Şükürovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 5-nə təyin olunub.  /Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!