Bakıda sürücü “Gelandewagen”lə avtoxuliqanlıq etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sürücü “Gelandewagen”lə avtoxuliqanlıq etdi - Video

Avto

23 Yanvar 2020 12:56 3578


Sosial şəbəkələrdə sürücünün kobud qayda pozuntusu kameraya çəkilib.  

“Yeni Sabah” Baku.ws-ə istinadən xəbər verir ki, “Tik-Tok”da paylaşılan videodan göründüyü kimi, sürücü əks yola çıxaraq qəza şəraiti yaradır. 

Bakıda çəkilən bu görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. “Şükürov004” adlı istifadəçi öz “Tik-Tok” hesabında çox sayda belə videolar paylaşıb.   pizza sifarişi

Rusiya Federasiyasında qeydiyyata alınan “E100YE” (10) dövlət nömrə nişanlı “Gelandewagen”lə qayda pozan sürücü bir anda diqqət mərkəzinə düşüb. 

Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər BPİDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yayılan kadrlarla bağlı artıq araşdırmalar başlanılıb.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!