Bakıda taksi sürücüsü son anda qaçıb polislərdən kömək istədi...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda taksi sürücüsü son anda qaçıb polislərdən kömək istədi...

Kriminal

11 Avqust 2023 09:30 15650


Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki nəfər naməlum şəxs taksiyə oturaraq bıçaqla sürücüyə hədə-qorxu gəlib və ondan pul tələb ediblər. Dominos pizza

Bu zaman taksi sürücüsü avtomobildən qaçaraq ərazidə növbə çəkən polis əməkdaşlarına məlumat verib.

Sabunçu rayonu Polis İdarəsinin əməkdaşı İsmayılov Çərkəz Füzuli oğlu və onun növbə yoldaşı tərəfindən soyğunçular zərərsizləşdirilib.

Bu zaman soyğunçulardan biri özünə və polisə əməkdaşına bıçaqla xəsarət yetirib.

Hadisənin təfərrüatı araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!