Bakıda taksidə uşaq dünyaya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda taksidə uşaq dünyaya gəldi

Sosial

03 Sentyabr 2020 20:58 1197


Bu gün Bakıda taksi şirkətlərindən birinə məxsus avtomobildə uşaq dünyaya gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə şirkətin “Facebook” səhifəsində məlumat verilib:

“Taksimizdə ilk dəfə uşaq dünyaya gəlib. Doqquz aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbiylə yolda olarkən təbii doğuş baş tutur və qadın övladını avtomobildə dünyaya gətirir. Dərhal reaksiya verən sürücümüz yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb. Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır”.  /APA Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!