Bakıda taksilərin fəaliyyəti ilə bağlı mühüm təklif    - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda taksilərin fəaliyyəti ilə bağlı mühüm təklif  - Video

Sosial

27 Mart 2024 13:21 524


Paytaxtda taksi sayının azaldılması təklif edilir. Ekspertlər isə bu fikri dəstəkləmir. 

Hazırda Bakıda 60 mindən çox taksi fəaliyyət göstərir. Buradakı əhali sayını nəzərə alanda 20 min taksiyə ehtiyac olduğu bildirilir. Həmin fikirləri Milli Məclisdə keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov səsləndirib. Bu sayın azaldılmasında məqsəd nəqliyyat yükünün də azaldılması ilə birbaşa əlaqəlidir. Ancaq nəqliyyat ekspertləri məsələyə birmənalı yanaşmırlar. 

Yenisabah.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Ərşad Hüseynov “Xəzər Xəbər”ə açıqlama verib. Qeyd edib ki, Bakıda taksiyə böyük tələbat var: pizza mizza

“Taksi sərbəst sahibkarlıq fəaliyyətidir. Heç kim bu işə məcbur edilmir. Tələbat var ki, paytaxtda 60 min taksi mövcuddur. Tələbat olmasa, onlar gedib başqa işlərlə məşğul olardılar. Bəlkə də faktiki olaraq bu say daha da artıqdır”. 

Ekspert sayın çox olmasını ictimai nəqliyyatda olan problemlərlə əlaqələndirib:

“Bakı şəhərinə diqqət yetirdikdə, ictimai nəqliyyatın yetərsiz olduğunu görürük. Metro stansiyaların sayı məhduddur, şəhərin hər yerini əhatə etmir. Avtobuslar dəqiq qrafiklə işləyə bilmirlər. Bakı şəhərindəki əhalinin 17 faizinin ictimai nəqliyyata əlçatımlığı yoxdur. Belə olan halda mobilliyin iki fərdi vasitəsi - ya fərdi avtomobillər, ya da taksilər əsas rol oynayacaq”.

Ərşad Hüseynov həmçinin bildirib ki, paytaxtın nəqliyyat yükünü azaltmaq üçün ictimai nəqliyyatın inkişafı birinci amildir. İctimai nəqliyyatda xidmət keyfiyyəti, metrostansiyaların, avtobusların sayı artırılmalıdır ki, taksiyə tələbat daha da azalsın. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!