Bakıda tələbə qızlar parkda yatdılar: Çantaları oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tələbə qızlar parkda yatdılar: Çantaları oğurlandı

Kriminal

18 May 2025 16:07 538


Bakıda parkda yatan tələbə qızların çantasını oğurlayan şəxs hakim qarşısına çıxarılıb. Saxlanılan şəxs məhkəmədən azadlığa buraxılıb.

Yenisabah.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, parkın ərazisində baş verib. Azərbaycan Texniki Universitetinin tələbəsi olan iki qız parkda skamyada oturaraq söhbət ediblər.

Onlar birlikdə Qubaya gedəcəklərmiş və bir neçə saat vaxt keçməsini gözləyirlərmiş. Bir müddət sonra ikisi də yatıb. Bunu fürsət bilən A.Mehbalıyev onlardan birinin bel çantasını götürərək oradan qaçıb. Pepperoni pizza

Tələbə qızın çantasında mobil telefonu, bank kartı, tələbə bileti və digər sənədləri olub. 23 yaşlı Mehbalıyev gün ərzində tələbə qızın bank kartından 700 manatdan çox alış-veriş edib. Əsasən tütün məhsulları alıb.

Şikayətdən sonra A.Mehbalıyev saxlanılıb və məsuıliyyətə cəlb edilib.

Məhkəmə istintaqı zamanı Mehbalıyev tələbə qıza dəymiş zərəri ödəyib. Tələbə də ondan şikayətçi olmayıb.

Mehbalıyev barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və azadlığa buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!