Bakıda torpaq ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda torpaq ucuzlaşdı

Sosial

24 Oktyabr 2021 13:23 1050


Bakıda sentyabr ayında torpaq sahələrinin qiyməti 4,58 faiz ucuzlaşıb.

Yenisabah.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, ötən ili sentyabr ayı ilə müqayisədə də torpağın qitymətində 4,72 faiz azalma baş verib. Onun sözlərinə görə, ötən ay ərzində bir sot torpağın ora qiyməti 20 800 manat təşkil edib. pizza

Ekspert bildirib ki, torpaq bazarında qiymətin ucuzlaşması mövsümə uyğun olaraq torpaq sahəlkərinə marağın azalması ilə bağlıdır. Sentyabr ayında bazarda satışa çıxarılan torpaq sahələrinin sayı da artıb.

Belə ki, bu ilin avqust ayında Bakıda 312 torpaq sahəsi satışa çıxarılmışdısa, sentyabr ayında bu say 506 təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!