Bakıda toyda dava salan şəxslər saxlanıldılar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda toyda dava salan şəxslər saxlanıldılar

Kriminal

04 İyul 2024 21:28 1049


Ötən gün Bakıda toyda dava salan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, iyulun 3-də paytaxtın Xəzər rayonunda qonşular arasında baş verən insidentlə bağlı araşdırmalar davam etdirilir.

Polis əməkdaşları tərəfindən A.Cahangirova və onun atası H.Cahangirova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aqil Qabil oğlu Bayramov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Sezar pizza

Faktla bağlı aidiyyəti üzrə Cinayət Məcəlləsinin adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!