Bakıda unikal asfaltlama - Video 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda unikal asfaltlama - Video 

Sosial

14 Oktyabr 2021 23:45 1651


Bakıda küçənin yarımçıq asfaltlanması müzakirə obyektinə çevrilib.

Bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Söhbət 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən Heydər Hüseynov küçəsindən gedir. Vətəndaşlardan biri ərazidən keçərkən avtomobil yolunun asfaltlandığını, lakin piyada səkisinin diqqətdən kənar qaldığını əks etdirən görüntülər lentə alıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə aparılan təmir işləri hələ yekunlaşmayıb: Dördpendirli pizza

“Burada iş hələ tam bitməyib. İş bitdikdən sonra AAYDA-nın rəsmi səhifələrində bu barədə məlumat yerləşdiriləcək”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!